İPLİKLƏ İŞ
5. İplik dəstəsinin böyük hissəsini müxtəlif tərəflərə bərabər ayıraraq hamarlayın. Kiçik dəstəni səliqəli olaraq kənarlar üzrə düzəldin. Karton ürəkciyə PVA yapışqanı sürtün. Düzəldilmiş dəstəni onun üzərinə qoyun.
6. Sapları ürək şəklində elə kəsin ki, onlar 5 mm olmaqla kənara çıxsın.
7. Sifəti və qulaqları çəkin və kəsin.
8. Onları elə yapışdırın ki, kiçik dəstə aslanın telini yaratsın.
9. Aslanın gövdəsini sarı rəngli kartonda çəkin və kəsin. Quyruq üçün həmin rəngdə karton götürün və kəsin. Quyruğun fırçasını da ürək formasında düzəldib üzərinə iplik yapışdırmaq olar.
“Şən aslan” oyuncağının arxadan görünüşü 10-cu şəkildə göstərilmişdir.
“Şən aslan” oyuncağı hazırdır.
SUALLAR
1. Aslan harada yaşayır və ona hansı cizgi filmlərində
və nağıllarda rast gəlmisiniz?
2. “Şən aslan”oyuncağının hazırlanması texnologiyasını
şərh edin.
İplikdən “Alaçıq” mövzusunda məmulatı həmin texnologiya ilə hazırlayın.