İPLİKLƏ İŞ
24. İPLİKDƏN
“ŞƏN ASLAN” OYUNCAĞI
Şəkildəki aslan oyuncağına diqqət yetirin.
1. Siz heyvanların zəhmli padşahını
xeyirxah, yumşaq və zərif təsəvvür
edirsinizmi?
2. Bu oyuncaq hansı materiallardan hazırlanıb?
Şəkildən göründüyü kimi, bu fiqurun hazırlanmasında yun iplikdən istifadə olunmuşdur.
“Şən aslan” oyuncağını hazırlamağa çalışaq.
1. Qırmızı yumşaq ipliyi əlinizin dörd barmağına dolayın. Dolaqların sayı 80-100 olsa, daha yaxşıdır.
2. Alınan yumağı əlinizdən çıxarın, yuxarıdan çox olmamaqla (15 mm) məsafə buraxın və eynirəngli sapla möhkəm bağlayın.
3. İplik dəstəsini yuxarıdan və aşağıdan kəsin.
4. Tərəfləri 10 sm olan qırmızı kartondan ürək fiquru kəsin.