MOZAİKA İŞLƏRİ
19. PAMBIQLI ÇÖPLƏRDƏN QUZU MOZAİKASI
Quzu mozaikasını hazırlayaq.
1. Quzunun konturunu (səh. 69) mavi kartona köçürün.
2. Çubuqların pambıqlı hissələrini qayçı ilə kəsin.
3. Quzunun gövdəsinə yapışqan yaxın.
4. Kəsilmiş pambıqlı hissələri gövdəyə yapışdırın. Quzunun ayaqlarını bərkidin.