MOZAİKA İŞLƏRİ
18. MUNCUQDAN TOVUZQUŞU MOZAİKASI
Şəkildəki quşu tanıyırsınız?
Bu tovuzquşu mozaikası hansı materialdan hazırlanmışdır?
Muncuqdan tovuzquşunun mozaikasını hazırlayaq.
1. Tovuzquşunun konturunu (səh. 70) əvvəlcə kalkaya, sonra kartona köçürün.
2. Tovuzquşunun konturuna yapışqan yaxın və müxtəlifrəngli muncuqları mərkəzdən başlayaraq konturun üzərinə yapışdırın.
Muncuqdan tovuzquşu mozaikası hazırdır.
SUALLAR
1. Bu mozaika işində, əsasən, nəyə fikir vermək lazımdır?
2. Muncuqlar kartona necə bərkidilir?
Muncuqdan avtomobil
mozaikası hazırlayın.