MOZAİKA İŞLƏRİ
17. PLASTİLİNDƏN XARIBÜLBÜL MOZAİKASI
Azərbaycanın Şuşa şəhəri haqqında nə bilirsiniz?
Xarıbülbül haqqında nə bilirsiniz?
Azərbaycanın Şuşa dağlarında xarıbülbül adlanan qeyri-adi bir gül yetişir. Gülə bu ad bülbülə bənzədiyinə görə verilib. “Xar” sözü isə tikan mənasını verir, yəni “tikanlı bülbül”. Xarıbülbülün digər adı Qafqaz Qaş Səhləbidir.
Xarıbülbül Yer kürəsində yalnız Qarabağda, xüsusilə də Şuşada bitir.
Dünyanın heç bir yerində rast gəlinməyən xarıbülbül təbiətin ən böyük möcüzələrindən biridir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan əhali bu gülə hər zaman xüsusi münasibət bəsləyib. Xarıbülbül Şuşanın və ümumilikdə Qarabağın rəmzinə çevrilib. Xarıbülbülün təsvirinə Azərbaycan xalçalarında rast gəlmək mümkündür.
Plastilindən Xarıbülbül mozaikasını düzəldək.
1. Xarıbülbülün konturunu (səh. 69) kalkaya köçürün.