APLİKASİYA İŞLƏRİ
13. SİMMETRİK NAXIŞKƏSMƏ
Hər hansı bir həşəratın təsvirinə baxın. O, simmetriya oxuna malikdir. Əgər bu təsviri təsəvvürümüzdə yandan qatlasaq, onda onun iki hissəsi üst-üstə düşəcək. Bu qat xətti təsvirin simmetriya oxu adlanır.
Bu xassədən kağızın naxışlı kəsilməsində istifadə etsəniz nə alınar? Biz kağızı təsəvvürdə yox, həqiqətən qatlayacağıq.
Hazır aplikasiyalara diqqət yetirin.
Kəpənək və hörümçək toru üzərindəki hörümçək təsvirlərində hansı simmetriya oxlarını görürsünüz?
Siz onları hansı kəsmə üsulu ilə kəsəcəksiniz?
Bu məmulatların hazırlanması üçün kağız nə üçün məhz belə qatlanır?
Cizgi filminin qəhrəmanı olan Çeburaşkanın və kəpənəyin kəsilməsi texnologiyasına diqqət yetirin. Onların ülgülərini rəngli vərəqə köçürün, kəsin və kağıza yapışdıraraq aplikasiyalarını hazırlayın.
SUALLAR
1. Simmetrik, kəsmədə əsas nəyə fikir vermək lazımdır?
2. Siz bu fiqurları hazırlayarkən hansı kəsmə üsulundan
istifadə etdiniz?