APLİKASİYA İŞLƏRİ
Əsas olaraq boş konfet qutusu, zolaqlar üçün rəngli kağızlar götürmək lazımdır. Kağız vərəqinin uzun tərəfinə eni 2-3 sm (yaxşı olardı ki, zolağın eni qutunun dərinliyinə bərabər olsun) zolaqlar cızın və kəsin.
Verilmiş uzunluqda zolaqdan onun 1/4,1/2, 3/4 hissəsi qədər
uzunluqda kiçik zolaqlar kəsin.
Müxtəlif zolaqlardan çiçəyin şəkildə göstərilən detallarını
hazırlayın və onları şəkildəki ardıcıllıqla yapışqanla bərkidin.
Fon üçün qutunun daxilinə rəngli kağız və ya karton yapışdırın.
Çiçək fiqurunun qutuya necə bərkidilməsinə fikir verin və nəticə
çıxarın.
SUALLAR
1. Şəkildəki qayçılara diqqət yetirin. Sizcə, onlardan hansı
məqsədlər üçün istifadə etmək olar?
2. Qayçılarda hansı fərqləri müşahidə etdiniz?
3. Daha hansı növ qayçıları tanıyırsınız?
4. Siz bu dərsdə hansı materialdan istifadə etdiniz?
5. Çiçək aplikasiyasının hazırlanmasında hansı elementlərdən
istifadə olunmuşdur?
Kağız zolaqlarından istifadə edərək arı şanı, pişik və ya qar dənəciyi aplikasiyalarından birini hazırlayın.