APLİKASİYA İŞLƏRİ
Küknar ağacı bəzəmək üçün belə bəzəkləri adi kağızdan çox sadə üsulla hazırlamaq olar. Belə bir fiqur hazırlamaq üçün on ədəd eyniölçülü kağız zolağı kəsmək və onları ortadan steplerlə bərkitmək lazımdır. Daha sonra hər bir zolağı mərkəzə doğru qatlamaq və yapışdırmaqla qar dənəciyini əldə etmək olar.
Kağız zolaqlarından müxtəlifformalı elementlər (detallar) hazırlayıb onları birləşdirməklə müxtəlif təsvirlər yaratmaq olar.
Kağız zolaqlardan hazırlanan elementlər
Çiçək aplikasiyasına
nəzər yetirin.
Bu təsvirdə hansı
elementlərdən istifadə olunub?
Çiçək aplikasiyası düzəldək.