APLİKASİYA İŞLƏRİ
11. KAĞIZ ZOLAQLARDAN
ÇİÇƏK APLİKASİYASI
Siz qayçı haqqında nə bilirsiniz?
Qayçıdan hansı peşə sahibləri istifadə edirlər?
İlk qayçının yaradılmasından min ildən artıq vaxt keçib. Bu, qoyunları qırxmaq üçün nəzərdə tutulmuş qayçı idi. Onların tiyələri* mərkəz ətrafında dönmürdü, yaylı lövhə ilə birləşdirilərək sadəcə əl ilə sıxılırdı.
Qayçıların növləri: 1. dekorativ qayçı; 2. manikür qayçısı; 3. bağ qayçısı; 4. metal
qayçısı; 5. mətbəx qayçısı; 6. qoyun qırxmaq üçün qayçı; 7. məktəbli qayçısı; 8. tibb
qayçısı; 9. bərbər qayçısı; 10. dərzi qayçısı; 11. armatur** kəsən qayçı;
12. plastik boru kəsən qayçı; 13. dəftərxana qayçısı.
Sonralar sənətkarlar iki bıçağı mismarın köməyi ilə birləşdirib, onların dəstəyini isə üzük formasında əydilər. Qayçı belə yarandı. Qayçını dəmirdən, poladdan, gümüşdən hazırlayırdılar, qiymətli metalla bəzəyirdilər. Bəzən həddən artıq olan bəzəklər bu alətdən istifadə etməyə maneçilik törədirdi.
Müxtəlif uzunluqda kəsilmiş kağız zolaqlarından qar
dənəciyi fiqurları düzəltmək olarmı?
Şəkildə təsvir olunan qar dənəciyi
fiqurunu kağız zolaqlarından
necə hazırlamaq olar?
*Tiyə - qayçının ağzı, kəsən hissəsi
**Armatur - dəmir-beton qurğularda metal çərçivə.