PLASTİLİNDƏN YAPMA İŞLƏRİ
9. PLASTİLİNDƏN TANK
Tapmacanı tapın:
Bir tısbağam var,
Poladdandır köynəyi.
Düşməni lərzəyə salır,
Onun xarici görkəmi.
Plastilindən tank düzəldək.
1. Tankın tırtıllarını düzəltmək üçün qəhvəyi rəngdə plastilindən müxtəlif ölçüdə kürəcik hazırlayın və onları yastılayaraq bir-birinin yanına düzün.
2. Yastılanmış kürəciklərin mərkəzinə kiçik kürəciklər yapışdırın və onların kənarlarını karandaşla hörümçək toruna oxşar xətləyin.
3. Qəhvəyi plastilindən nazik çubuq yayın və yastılayın.
4. Karandaşla yayılmış plastilin lenti eninə xətləyin və təkərlərin üzərinə yapışdırın. Tankın tırtılı hazırdır. Tırtıldan 2 ədəd düzəldin.
5. Tankın gövdəsini düzəldin. Qəhvəyi rəngdə tırtıla yaşıl plastilin yapışdırın və hər iki tırtılı (yastılanmış, nazik) gövdəyə bərkidin.