PLASTİLİNDƏN YAPMA İŞLƏRİ
8. PLASTİLİNDƏN SƏKKİZAYAQLI İLBİZ
Suda hansı heyvanlar yaşayır?
Səkkizayaqlı ilbiz haqqında nə bilirsiniz?
Səkkizayaqlı ilbiz - ayaqlarında çoxlu sormaclar olan suda yaşayan canlıdır.
Səkkizayaqlı ilbizin bədəninin uzunluğu 25 sm-ə çatır. Onun ayaqları daha uzundur - 90 sm, lakin 120-130 sm-ə də çata bilər. Bədən çəkisi 10 kq-a qədərdir. Səkkizayaqlı ilbizin ağzında tutuquşu dimdiyinə bənzəyən iki güclü çənəsi, boğazında yeməkləri üyütməyə imkan verən sürtgəc var.
Plastilindən səkkizayaqlı ilbiz düzəldək.
1. Qəhvəyi plastilin tirciyi biri digərlərindən böyük olmaqla 5 hissəyə ayırın və bütün hissələrdən kürəciklər yuvarlayın.