MƏİŞƏT MƏDƏNİYYƏTİ
13. Bulaşıq qablarınızı qonşu tərəfə itələməyin.
14. Çay içəndə çay qaşığını stəkanda saxlamayın - o çevrilə bilər.
15. Çayı qarışdırıb qaşığı nəlbəkiyə qoyun.
16. Masa arxasında ayağı ayağın üzərinə aşırıb oturmayın - bu ədəbsizlikdir.
17. Yemək yeyərkən kitab oxumayın və telefondan istifadə etməyin - bu, ətrafınızdakılara qarşı hörmətsizlikdən başqa, həm də zərərlidir.
18. Çörəklə rəftarınızda diqqətli olun, dişləyib artığını atmayın. Buğdanın becərilməsi, yığılması, üyüdülməsi və çörəyin bişirilməsində nə qədər insan əməyi olduğunu həmişə yadınızda saxlayın. Həmçinin yaddan çıxarmayın ki, Yer kürəsində milyonlarla aclıq çəkən uşaq üçün çörək qırıntısı çox qiymətlidir! Eləcə də hər birimiz bütün ərzaq məhsullarını qənaətlə işlətməli, israfçılığa yol verməməliyik.
SUALLAR
1. Şam süfrəsinin əsas ləvazimatları nədir?
2. Şam yeməyini nə üçün yatmazdan iki-üç saat qabaq
qəbul etmək lazımdır?
3. Şam süfrəsində hansı yemək növlərindən istifadə
etmək məsləhətdir?
4.Yemək masası ətrafında hansı davranış qaydalarına
əməl edilir?
5. Çörəyə nə üçün qənaət etmək lazımdır?
1. Şam süfrəsini tərtib edin və parça
salfeti “çanta” formasında qatlayın.
2. Yemək masası arxasında davranış
qaydalarına əməl etməyə çalışın.