MƏİŞƏT MƏDƏNİYYƏTİ
7. ŞAM SÜFRƏSİ. YEMƏK MASASI ARXASINDA
DAVRANIŞ QAYDALARI
Şam süfrəsi necə tərtib olunmalıdır?
Şəklə diqqət yetirin.
Şam süfrəsi səhər süfrəsindən nə ilə fərqlənir?
Şam süfrəsinin tərtibində də səhər və nahar süfrələrindəki qabqacaqdan istifadə edilir. Əgər şam süfrəsində qatıq, süd, meyvə şirəsi verilirsə, onda masaya stəkanlar qoyulur. Şam süfrəsinə, adətən, desert nimçəsi düzülür.
Yeməklərin növündən asılı olaraq, şam süfrəsinin ləvazimatlarına əlavələr etmək olar. Bu hər kəsin öz zövqündən asılıdır.
Şam yeməyi olduqca yüngül olmalıdır. Çünki şam etdikdən sonra hərəkət fəallığı azalır. Yeməyi yatmazdan iki-üç saat əvvəl qəbul etmək lazımdır ki, rahat həzm olunsun. Şam yeməyində müxtəlif salatlar, tərəvəzlə hazırlanmış ət və balıq xörəkləri, meyvə şirələri və s. istifadə edilə bilər. Şam edərkən yağlı və qızardılmış yeməklərdən az istifadə etmək məsləhətdir.
Yemək masası arxasında hansı davranış qaydalarına əməl
etmək lazımdır?
Yemək masası arxasında davranış qaydalarına əməl etməyin
əhəmiyyəti nədir?