MƏİŞƏT MƏDƏNİYYƏTİ
Hər səhər yuxudan duranda əlləri, üzü, boyunu və qulaqları soyuq su ilə yumaq lazımdır.
Dişləri səhər və yatmazdan əvvəl fırçalamaq, hər yeməkdən sonra ağızı yaxalamaq vacibdir. Dişləri üç dəqiqədən az olmayaraq fırça və diş məcunu ilə yumaq lazımdır. Fırça çox yumşaq olmamalıdır.
Əlləri həmişə yeməkdən əvvəl və sonra, məktəbdən və gəzintidən qayıdandan sonra sabunla yumaq lazımdır.
Həftədə bir dəfədən az olmayaraq, yayda isə gündə iki dəfə duş qəbul etmək faydalıdır.
Yuyunmazdan əvvəl yataq dəstini dəyişmək məsləhətdir. Alt paltarlarını və corabları isə gündəlik dəyişmək lazımdır.
Yatmazdan əvvəl ayaqları soyuq su (qışda ilıq su) və sabunla yumaq lazımdır.