TEXNOLOJİ VASİTƏLƏR
Çevrə nədir? Çevrə dairəni məhdudlaşdıran xətdir. Şəkildəki mavi dairənin çevrəsi qara xətlə nişanlanmışdır.
Çevrənin ölçülərini nişanlamaq üçün onun radiusu göstərilir. Radius dairənin mərkəzindən çevrəyə qədər olan məsafədir. Çertyojlarda radius belə göstərilir: R 30. Deməli, dairənin radiusu 30 mm və ya 3 sm-dir.
Səliqəli və dəqiq dairə çəkmək üçün - pərgardan istifadə edilir.
Bu alətlə tanış olaq.
Pərgara diqqətlə baxın.
Fikirləşin,
nə üçün bu alətlə
ehtiyatlı
davranmaq lazımdır?
PƏRGARLA İŞ
1. Pərgarı qutuda saxlayın.
2. Pərgarın başlıq hissəsini yuxarı vəziyyətdə tutun.
3. İşləyərkən kağızın altına karton qoyun.
4. Pərgarı başı irəli olmaqla, bağlanmış şəkildə ötürün.
5. İşlədikdən sonra pərgarı qutuya qoyun.
Pərgarla dairəni bərabər hissələrə bölək.