TEXNOLOJİ VASİTƏLƏR
İYNƏ İLƏ İŞ
İynəni ancaq iynə
qabında saxlayın.
Sapı müəyyən
uzunluqda kəsin.
İynəni saplayarkən
iynəsaplayandan istifadə edin.
• İynəni heç vaxt ağzınıza almayın!
• İynəni və sancağı paltara sancmayın!
• Paslı iynə ilə tikməyin: o, parçaya pis girir, onu korlayır və tikiş zamanı
qırıla bilər.
YAPIŞQANLA İŞ
• Yapışqan zəhərlidir! Onunla ehtiyatlı davranın.
• Yapışqanı məmulatın səthinə yalnız fırça ilə sürtün.
• Yapışqanın üzə, xüsusən də gözlərə düşməsi təhlükəlidir. Gözə düşən
yapışqanı çoxlu su ilə yuyun
• Yapışqanla işin sonunda mütləq əllərinizi və fırçanı yuyun.
• Yapışqanla işlədikdə nəm salfetdən istifadə edin.
SUALLAR
1. Qayçı ilə iş zamanı təhlükəsizlik qaydaları hansılardır?
2. Biz ilə işləyərkən hansı təhlükəsizlik qaydalarına riayət
etmək lazımdır?
3. İynə və yapışqanla işlədikdə hansı təhlükəsizlik qaydalarını
bilmək lazımdır?