TEXNOLOJİ VASİTƏLƏR
BİZ İLƏ İŞ
DƏFTƏRXANA BIÇAĞI İLƏ İŞ
• Kağızı və kartonu taxta altlıq üzərində dəftərxana bıçağı və qoruyucu xətkeşin köməyi ilə kəsin.
• Kağız və kartonu kəsmək üçün bıçağın ülgücünün böyük olmayan hissəsini irəli çəkin.
• Kağızı kəsərkən bıçağı maili bucaq altında tutun.
• Kartonu kəsərkən bıçağı şaquli vəziyyətdə tutun və onu kartona möhkəm sıxın.
• Ancaq taxta altlıq üzərində işləyin.
• Bıçaq işlək vəziyyətdə olmadıqda
ülgücü içəri salın.