a) Hansı küçələr paraleldir?
b) Hansı küçələr kəsişir?
c) Hansı küçələr perpendikulyardır?
Həndəsi fiqurlar latın hərfləri ilə adlandırılır.
A nöqtəsi
MN parçası
a düz xətti
ABC üçbucağı
KLMN dördbucaqlısı
Fiqurların tərəfləri uyğun parçalarla adlandırılır. Şəkildə təsvir olunan ABC
üçbucağının tərəfləri AB, BC və AC parçalarıdır. Düz xətti üzərindəki iki
nöqtə ilə də adlandırmaq olar. Məsələn, DE düz xətti.
Şəkildəki KLMN dördbucaqlısının paralel və perpendikulyar
tərəfləri hansılardır?
3. Xətkeşdən istifadə etməklə dəftərdə kvadrat çəkin və adlandırın. Kvadratın
bir-birinə paralel və perpendikulyar tərəflərini söyləyin.
Məsələ həlli
4. Şəklə əsasən suallara cavab verin.
a) a düz xəttinə perpendikulyar olan düz xətt hansıdır?
b) a və b düz xətlərinin kəsişmə nöqtəsi hansıdır?
c) m düz xətti ilə b düz xətti paralel, yoxsa kəsişən düz xətlərdir?
5. Uşaqların fikirləri
doğrudurmu?
Cavabınızı əsaslandırın.
Bütün perpendikulyar düz
xətlər kəsişən düz xətlərdir.Bütün kəsişən düz xətlər
perpendikulyar düz xətlərdir.