Müxtəliftərəfli üçbucaq – bütün
tərəflərinin uzunluğu fərqli olan üçbucaq
Paralel düz xətlər – bir-birindən
eyni məsafədə olan və heç vaxt
kəsişməyən düz xətlər.
Perimetr – fiqurun kənar (sərhəd) xəttinin
uzunluğu. Çoxbucaqlının perimetri onun
tərəflərinin cəminə bərabərdir.
5 sm + 7 sm + 4 sm + 4 sm + 8 sm = 28 sm.
Perpendikulyar düz xətlər – düz
bucaq əmələ gətirməklə kəsişən
düz xətlər.
Piramida – oturacağı çoxbucaqlı, yan üzləri
üçbucaq olan fəza fiquru. Piramidalar
oturacaqdakı fiqura əsasən adlandırılır.
Prizma. – iki oturacağı eyni çoxbucaqlı, yan
üzləri düzbucaqlı (ümumi halda paraleloqram)
olan fəza fiquru. Prizmalar oturacaqdakı fiqura
əsasən adlandırılır.
Sahə. – müstəvi fiqurun daxilinə yerləşən
vahid kvadratların sayı. Sm2, m2 və s. ilə
ölçülür.
12 vahid kvadrat