20. Fiqurların perimetr və sahələrini tapın.
- Dəftərdə bu fiqurları simmetriya oxuna görə tamamlayın. Alınan yeni fiqurların perimetr
və sahələrini tapın.
-
Əvvəl və sonradan alınan fiqurların perimetr və sahələrini müqayisə edin.
21. Lalə cədvəldəki cizgi filmlərindən birinə baxdı. Film 18:30-da başladı və 19:50-də bitdi.
Lalə hansı filmə baxdı?
Film |
Müddəti |
“Sehrli xalat” |
1 saat 15 dəq |
“Qərib cinlər ölkəsində” |
1 saat 10 dəq |
“Bir qalanın sirri” |
1 saat 20 dəq |
22. Bakıdan Qazaxa qədər avtomobil yolunun uzunluğu
471 km, Bakıdan Gəncəyə qədər isə 325 km-dir. Avtobus
Bakıdan çıxıb Gəncədə dayandı. Qazaxa çatmaq üçün avtobus
daha neçə kilometr yol getməlidir? Məsələni tənlik qurmaqla
həll edin.
23. Eyni rəngli qutuların kütlələri bərabərdir. Hər qutunun kütləsini tapın.
24. Lalənin anası 900 ml portağal şirəsi hazırladı. O, şirənin
2
3
hissəsini Lalə
və
3 dostu arasında bərabər böldü. Hər uşağa neçə millilitr portağal şirəsi düşdü?
25. Xətti diaqramda bir həftə ərzində A və B mağazalarında günlər
üzrə alıcıların sayı göstərilib. Diaqrama əsasən suallara cavab verin.
- A və B mağazalarının hər birində həftənin hansı günü ən çox alıcı
oldu?
- Həftənin hansı günlərində A mağazasında alıcılar B mağazasından
az oldu?
- Həftə ərzində hər mağazada neçə nəfər alış-veriş etdi?
- A mağazasında həftənin hansı günündə alıcıların sayı bazar
günündən 3 dəfə az olmuşdu?
- Diaqrama əsasən əlavə suallar tərtib edin