2. Səbinə və Elxan “Rəngi tap” oyunu oynayırdılar. Onlar hər dəfə torbadakı
kubları qarışdırmalı və içinə baxmadan birini çıxarmalıdırlar. Sarı kub çıxanda
Elxan qalib gəlir. Qırmızı kub çıxanda isə Səbinə qalib gəlir. Şəkillərə əsasən
suallara cavab verin.
Kim mütləq
qalib
gələcək?
Kim, çox
güman ki,
qalib
gələcək?
Kim çətin ki,
qalib
gəlsin?
Kimin qalib
gəlməsi
mümkün
deyil?
Hadisə barədə əvvəlki məlumatlar əsasında müəyyən
nəticələr çıxarmaq olar. Məsələn, torbada rəngli toplar
var. Lalə torbanın içinə baxmadan bir top çıxardı və
topu yenidən torbaya qoydu.
O bunu 10 dəfə təkrarladı və nəticələri
diaqramda təsvir etdi. Qırmızı top digərlərinə
nisbətən daha çox çıxdı. Deməli, növbəti dəfə
də, çox güman ki, qırmızı top çıxacaq.
Məsələ həlli
3. Basketbol yarışına 3-cü sinif şagirdləri arasından 11 nəfər yazıldı.
Müəllim uşaqların adlarını və yaşlarını cədvəldə qeyd etdi.
Sonradan Tural da yarışa yazıldı. Turalın yaşı ilə bağlı cümlələrdəki
boş xanalara verilmiş ədədlərdən hansı uyğundur?
91567
Onun yaşının olması mümkün deyil.
Onun çətin ki, yaşı olsun.
Onun yaşı, çox güman ki, olacaq.
Onun yaşı mütləq -dan böyük olacaq.
Adı
Yaşı
Faiq
9
İlham
8
Aynur
9
İlqar
9
Gülər
8
Natiq
7
İmran
9
Samir
9
Gülnaz
9
Nərgiz
9
Aqşin
8
Tural
4. Aynur içində yaşıl, qara və sarı rəngdə, eyni ölçüdə düymələr olan qutunun
daxilinə baxmadan bir düymə götürdü. O bu düymənin rəngini cədvəldə qeyd
etdi və yerinə qoydu. Aynur bunu 15 dəfə təkrar etdi. Növbəti düymənin rəngi
ilə bağlı cümlələrdə boş yerlərə verilmiş sözlərdən uyğun olanı müəyyən edin.