Müstəqil iş
1. Xətti diaqramda bambuk ağacının bəzi növlərinin bir
neçə gündə hündürlüyü haqqında məlumat verilib.
- Bambuk ağacının hündürlüyü 6-cı gün neçə santimetr
olmuşdur?
- Neçənci gün bambuk ağacının hündürlüyü 16 sm
olmuşdur?
- Bu məlumatları əks etdirən sütunlu diaqram qurun.
- İki müxtəlif obyektin
göstəricilərini eyni
diaqramda təsvir etməklə
onları müqayisə etmək olar.
Məsələn, yandakı ikisütunlu
və xətti diaqramlarda Lalə və
Samirin yay aylarında
oxuduqları kitabların sayı
təsvir olunub.
2. Xətti diaqramda 5 gün ərzində marketdə satılan
şokolad və çay qutularının sayı göstərilib.
- Hansı gün 20 qutu şokolad satılıb?
- Cümə günü neçə qutu çay satılıb?
- Hansı günlər eyni sayda çay qutusu satılıb?
- Xətti diaqrama əsasən ikisütunlu diaqram qurun.
Məsələ həlli
3. Cədvəl və diaqramlarda həftənin bəzi günlərində meyvə və tərəvəz satışından
əldə edilən gəlir göstərilib. Cədvələ əsasən diaqramlardakı səhvləri tapın.
Günlər |
Cümə |
Şənbə |
Bazar |
Meyvə |
200 |
300 |
400 |
Tərəvəz |
100 |
400 |
300 |
11-ci bölmə • Məlumatların təsviri. Hadisələr