3. Venn diaqramında fiqurlar hansı əlamətlərinə görə qruplaşdırılıb?
Kənardakı fiqurları dairələrin hansı hissələrinə yerləşdirmək olar?
4. Suallara cavab verin.
a) Hansı fiqurların təpəsi yoxdur?
b) Piramidanın tillərinin sayı kuboidin tillərinin sayından nə qədər azdır?
c) Hansı fiqurun təpələrinin sayı üzlərinin sayına bərabərdir?
5. Lalə belə bir qala düzəltdi. O hansı fiqurlardan və neçə ədəd istifadə etdi?
6. Şəkildə neçə kvadrat və neçə üçbucaq var? Kimin fikri doğrudur?
6 kvadrat,
8 üçbucaq
6 kvadrat,
12 üçbucaq
4 kvadrat,
12 üçbucaq
LaləAnarSəbinə
7. Kub, kuboid və piramidanı şəkildəki kimi üst-üstə
qoymaqla yapışdırdılar. Alınan fiqurun neçə
üzü, neçə təpəsi və neçə tili oldu?
8. Səbinənin 12 kubu var. O bu kubları birləşdirib
yeni kub düzəltmək istədi. Səbinə bunu necə edə
bilər? Neçə kub artıq qalar?