İki hadisə arasında keçən müddət vaxt aralığını bildirir. Bunu tapmaq üçün hadisələrin baş verdiyi vaxt fərqi tapılır.
1-ci hadisə
2-ci hadisə
Əvvəl saatlar, sonra isə dəqiqələr sayılır.
İki hadisə arasında 6 saat 20 dəqiqə vaxt keçib.
2.
Lalə həftə ərzində getdiyi məşğələlərin başlanma və bitmə vaxtlarını cədvəldə qeyd etdi. Hər məşğələ nə qədər davam edir?
Məşğələlər
B.e.
Ç.a.
Ç.
C.a.
C.
Ş.
Rəsm
15:00 – 15:50
13:00 – 13:45
11:10 – 12:00
Musiqi
14:30 – 15:15
16:00 – 16:40
Rəqs
17:00 – 18:00
15:00 – 16:20
Bəzən vaxtı daha dəqiq ölçmək üçün saniyələrdən istifadə olunur. Saat üzərində sürətlə fırlanan üçüncü əqrəb saniyəni göstərir.
1 dəqiqə = 60 saniyə
Zaman vahidlərini bir-biri ilə ifadə etmək olar.
1 dəq = 60 san
1 saat = 60 dəq
1 gün = 24 saat
1 həftə = 7 gün
1 ay ≈ 4 həftə
1 il ≈ 52 həftə
1 il = 12 ay
1 il = 365 (bəzən, 366) gün
1 həftədə neçə saat var? 1 ayda neçə saat var?
3.
Boş yerlərə uyğun ədədlər yazın.
2 gün =
saat
3 saat =
dəq
10 dəq =
san
9 saat =
dəq
84 gün =
həftə
4 il =
ay
3 il ≈
həftə
1
4
saat =
dəq
Məsələ həlli
4.
Cizgi filmi 17 dəqiqə davam edir. Film saat 13:25-də başlayarsa, saat neçədə qurtarar?
5.
Avtobus Bakıdan Şəkiyə 4 saat 10 dəqiqəyə gedir. Saat 18:00-da Bakıdan çıxan avtobus Şəkiyə nə vaxt çatacaq?
6.
Saniyəölçəndə uşaqların qısa məsafəyə qaçışa başlama və finişə çatma vaxtı qeyd edilib. Kim qaçışa daha az vaxt sərf etdi?