Bəzi əşyalar çox ağır olduğundan onların
kütləsini qram və ya kiloqramla ölçmək əlverişli
olmur. Bunun üçün tondan istifadə edilir.
Ton qısa olaraq “t” kimi yazılır.
1 ton = 1 000 kq
Tonu kiloqramla, kiloqramı isə tonla ifadə etmək olar.
Yük maşınının kütləsi
1 t 500 kq-dır
1 t 500 kq = 1 500 kq 1 500 kq = 1 t 500 kq
1 2 t (yarım ton) neçə kiloqramdır?
4. Əşyaların kütləsini hansı vahidlə ölçmək daha uyğundur: q, kq, yoxsa tonla?
5. Kiloqramla ifadə edin.
3 t 500 kq 1 t 214 kq 2 t 106 kq 5 t 300 kq 7 t 500 kq
6. Boş xanalara uyğun ədədləri müəyyən edin.
6 t 25 kq = kq 3 t 342 kq = kq 2 t 10 kq = kq
2 100 kq = t kq 6 530 kq = t kq 4 327 kq = t kq
Məsələ həlli
7. Lalənin anası mağazadan hər birinin kütləsi 2 kq olan 4 paket
şəkər tozu və hər birinin kütləsi 500 q olan 2 kisə düyü aldı. O
cəmi neçə kiloqram ərzaq aldı?
8. Traktorun kütləsi 4 t 300 kq, avtobusun isə 4 t 700 kq-dır. Traktor, avtobus
və avtomobilin birlikdə kütləsi 11 tondur.
Avtomobilin kütləsi neçə tondur?