8. Hər düzbucaqlının altında sahəsi yazılıb. Bu fiqurların tərəflərini
tapın.
Məsələ həlli
9. Şəkildəki fiqurun perimetri 82 sm-dir. Bu fiqurun
məlum olmayan tərəfinin uzunluğunu tapın.
10. Fiqurların sahələri neçə vahid kvadratdır?
Sahəsi ən böyük və ən kiçik olan fiqurlar hansılardır?
11. Şəkildəki ölçülərə əsasən
çoxbucaqlının perimetri
və sahəsi nə qədərdir?
12. Məktəbdə sahələri bərabər olan iki
düzbucaqlı
formada zal var. Bu zallardan birinin ölçüləri şəkildə qeyd
edilib. İkinci zalın uzunluğu 8 metrə bərabərdir. Hər zalın
perimetri nə qədərdir?
13. Elxanın babası şəkildə təsvir olunan
torpaq sahəsinin 1 3
hissəsində badımcan, qalan hissəsində isə pomidor şitili
əkdi.
Baba nə qədər torpaq sahəsində badımcan şitili əkdi?