5. Hər düzbucaqlının altında perimetri yazılıb. Bu fiqurların
tərəflərinin
uzunluğunu tapın.
Müstəvi fiqurun sahəsi vahid
kvadratlarla ölçülür. Fiqurun daxilinə
yerləşən vahid kvadratların
sayı fiqurun sahəsinə bərabərdir.
Məsələn, şəkildəki hər iki fiqurun
daxilində 12 vahid kvadrat yerləşir.
Deməli, bu fiqurların sahəsi
12 vahid kvadrata bərabərdir.
Vahid kvadrat tərəfi 1 vahid olan kvadratdır.
Məsələn, vahid 1 sm olarsa, vahid kvadrat
tərəfi 1 sm olan kvadrat olar.
Bu kvadratın sahəsi 1 sm2-dir.
6. Fiqurların sahəsinin neçə vahid kvadrat olduğunu tapın.
– 1 vahid kvadratdır.
Düzbucaqlının sahəsi onun eni ilə uzunluğunun
hasilinə bərabərdir. Sahə kvadrat santimetr (sm2),
kvadrat metr (m2) və s. ilə ifadə olunur.
Düzbucaqlının sahəsi
32 kvadrat santimetrdir.
4 sm · 8 sm = 32 sm2
Kvadratın sahəsi
25 kvadrat metrdir.
5 m · 5 m = 25 m2
Hansı sahə daha böyükdür: 1 sm2, yoxsa 1 m2 ? Nə üçün?