3. Uyğun uzunluq vahidləri ilə ifadə edin.
a) millimetrlə:
7 sm 4 mm
20 sm
25 sm 2 mm
3 dm 5 sm
1
2
sm
b) santimetrlə:
2 m 3 dm
6 m 5 sm
3 m 4 dm 5 sm
1
2
dm
4. Əvvəlcə parçanın uzunluğunu təxmin edin, sonra isə ölçməklə yoxlayın.
Dəftərdə uyğun parçaları çəkin:
a) bu parçadan 7 mm qısa;
b) bu parçadan 2 dəfə uzun;
c) uzunluğu bu parçanın
1
5
hissəsinə bərabər olan.
- Uzun məsafələri ölçmək üçün çox vaxt kilometrdən istifadə olunur.
Kilometr qısa olaraq “km” kimi yazılır. 1 km = 1 000 m
- Kilometrlə verilən uzunluğu metrlə, metrlə verilən uzunluğu isə
kilometrlə ifadə etmək olar.
2 km 752 m = 2 752 m
2 752 m = 2 km 752 m
Yarım kilometrin 500 m olduğunu necə izah etmək olar?
5. Metrlə ifadə edin.
7 km
3 km 100 m
5 km 250 m
2 km 523 m
8 km 115 m
2 km
6. Müqayisə edin.
7 m 7 dm * 777 sm
85 dm * 8 m 5 sm
4 dm 20 mm * 42 sm
7. Hesablayın.
3 sm + 2 sm 4 mm
6 sm – 8 mm
5 m 23 sm – 1 m 15 sm
2 m 40 sm + 75 sm