ÖLÇMƏ.
MƏLUMATLARIN TƏSVİRİ
Hazırıqmı?
- Uşaq meydançasının yerində neçə plitə var?
Bunu bir-bir saymadan necə tapmaq olar?
- Kvadrat formalı plitələrin bir tərəfinin uzunluğu 50 sm-dir.
Meydançaya hasar çəkilərsə, onun ümumi uzunluğu nə qədər olar?
- Lalənin kütləsi 23 kq, Samirin isə 24 kq 300 q-dır. Lalə kütləsi
nə qədər olan əşya götürsə, yelləncəyin gözləri bərabərləşər?
- Elxan əllərini qaldıranda əlləri yerdən 1 m 60 sm hündürlükdə olur.
Turnikin hündürlüyü 2 metrdir. Elxan yerdən neçə santimetr
yuxarıdadır?
- Elxanın atası hər uşağa tutumu
1
2
litr olan butulkalarda su aldı.
O neçə litr su aldı?