3. Bir televizor zavoddan 390 manata alınır və
mağazada 516 manata satılır. Gün ərzində 7
televizor satılarsa, mağaza nə qədər qazanc əldə edər?
4.Ailədə atanın aylıq maaşı 580 manat, ananın
aylıq maaşı isə 350 manatdır. Ay ərzində kommunal
xərclər 135 manat, qida 400 manat, digər xərclər isə 280 manat təşkil edir.
Ailənin aylıq yığımı nə qədərdir?
5.Satıcı limonun 1 ədədini 20 qəpiyə alır və 1 manatın
1
4
hissəsinə
satır. O, bir limonun satışından neçə qəpik qazanc əldə edir?
- Satıcı gün ərzində 136 limon satarsa, nə qədər
qazanc əldə edər? Cavabı manat və qəpiklə ifadə edin.
6. Usta 6 stul düzəltmək üçün taxta və mismarlara
müəyyən qədər pul xərclədi. O, bir stulu 36 manata
satdı.
- Usta nə qədər gəlir əldə etdi?
- Usta cəmi 96 manat qazanc əldə edibsə, taxta və
mismarlara nə qədər pul xərcləyib?