5. Ədədin açıq şəkildə yazılışına əsasən boş xanalara uyğun ədədləri
tapın.
a) = 2 000 + 700 + 10 + 3
b) 3 295 = 3 000 + + 90 + 5
c) 6 530 = 6 000 + + 30
d) 9 108 = + 100 + 8
e) 7 302 = 7 000 + 300 +
f) 4 007 = 4 000 +
Məsələ həlli
6. Cədvəldə Azərbaycanın bəzi dağ zirvələrinin
adları və hündürlükləri göstərilib. Hündürlüklərinə
görə zirvələri tapın.
Minliklər mərtəbəsində 4 rəqəmi yerləşir.
Minliklər mərtəbəsində 3 rəqəmi yerləşir.
Minliklər və yüzlüklər mərtəbəsində eyni rəqəmlər yerləşir.
Minliklər və onluqlar mərtəbəsindəki
rəqəmlərin cəmi cüt ədəddir.
Bazardüzü
4 466 m
Gamışdağ
3 724 m
Şahdağ
4 243 m
Hinaldağ
3 365 m
Qoşabulaq dağı
3 549 m
7. Çərşənbə günü futbol oyununa baxmaq üçün
stadiona 6 725 azarkeş gəldi.
Bu, bazar günü gələn azarkeşlərdən 2 000 nəfər az idi. Bazar günü gələn
azarkeşlərin sayını şifahi necə tapmaq olar? Kimin fikri doğrudur?