Samir və Səbinənin birlikdə 8 manat pulu var. Onlar içməyə və
yeməyə nəsə almaq istədilər.
Hazırıqmı?
- Samir və Səbinə nə ala bilərlər?
- Səbinə kiçik qəhvə və yarım tort aldı. Samir isə şokoladlı pirojna
götürdü. O, içməyə nə ala bilər?
- Şokoladlı pirojna qutabdan nə qədər bahadır? Bunu necə tapmaq olar?
- Günortaya qədər kafedə 10 su və 8 çay satıldı. Çay və suyun satışından
kafenin kassasına neçə manat pul daxil oldu?