Vahidin (tamın) bərabər hissələrini ifadə etmək üçün kəsrlərdən
istifadə olunur. Kəsrlər kəsr xətti ilə yazılır.
Kəsr xəttinin altındakı ədəd vahidin (tamın) neçə bərabər
hissəyə bölündüyünü göstərir və kəsrin məxrəci adlanır.
Kəsr xəttinin üstündəki ədəd isə həmin hissələrdən
neçəsinin götürüldüyünü göstərir və kəsrin surəti adlanır.
Şəkildəki dairə 5 bərabər hissəyə
bölünüb. Rənglənmiş hissə
dairənin beşdə iki hissəsidir.
Bu, 2 5 kimi yazılır və “beşdə iki”
kimi oxunur. 2 5 hissə iki 1 5 hissəyə bərabərdir.
2 5
Ədəd oxunda 2 5 kəsrinə uyğun
nöqtəni belə göstərmək olar:
Ədəd oxunda 3 5 və 4 5 kəsrlərinə uyğun nöqtələri müəyyən edin.
3. Kəsrləri yazın və bir neçəsini ədəd oxunda təsvir edin.
• NÜMUNƏ •
Dörddə üç
a) İkidə bir
b) Onda yeddi
c) Yeddidə dörd
d) Altıda beş.
4. Fiqurlar bərabər hissələrə bölünüb. Onların rənglənmiş hissələrini kəsrlə
ifadə edin.
Məsələ həlli
5. Samir fiquru əvvəl iki bərabər hissəyə böldü.
Sonra bu hissələri yenə iki bərabər hissəyə böldü.
Onun böldüyü fiqur şəkildəkilərdən hansı ola bilər?
6. Lalə evdən məktəbə olan yolu ədəd
oxunda təsvir etdi. Evdən məktəbə qədər
olan yolun 2 7 hissəsində mağaza, 4 7
hissəsində isə aptek yerləşir.
Ədəd oxunda mağaza və aptekin yeri hansı hərflərə uyğundur?
Lalə B nöqtəsinə çatdıqda yolun hansı hissəsini getmiş olar? Hansı hissəsi qalar?