11. Venn diaqramında orta hissəyə uyğun
əlaməti tapın. Verilən ədədləri diaqramın
hansı hissələrinə yerləşdirmək lazımdır?
24, 51, 28, 42, 69, 90, 112, 156, 345, 603, 724, 777
2-yə qalıqsız
bölünən ədədlər
3-ə qalıqsız
bölünən ədədlər
12. Yeni il şənliyinə 128 hədiyyə bağlaması hazırladılar.
Bir bağlamaya 2 şokolad, 1 peçenye və 3 vafli qoydular.
- Bağlamalara cəmi neçə şirniyyat qoyuldu?
- Bütün bağlamalarda hər şirniyyatdan cəmi nə qədər oldu?
- 344 şarı hər bağlamaya 3 ədəd olmaqla payladılar. Bütün
bağlamalara çatması üçün əlavə nə qədər şar lazımdır?
13. Anarın atası qiyməti 256 manat olan bir planşet,
bundan 8 dəfə ucuz olan bir qulaqlıq aldı. O, satıcıya
300 manat pul verdi. Satıcı ona neçə manat pul
qaytarmalıdır?
14. Məktəb kitabxanasında 800 kitab var. Kitabların
435 ədədi Azərbaycan dilində, bundan 3 dəfə az isə
rus dilindədir. Qalan kitablar ingilis dilindədir.
Kitabxanada ingilis dilində neçə kitab var?
15. Həftəsonu nümayiş etdirilən tamaşalara
biletlərin qiyməti və biletlərin satışından əldə
edilən məbləğ cədvəldə qeyd edilib.
- Hansı tamaşaya daha çox bilet satılıb?
- Üç tamaşaya cəmi neçə bilet satılıb?
Tamaşalar |
Bir biletin
qiyməti
(manatla |
Məbləğ
(manatla) |
“Əlincə qalası” |
8 |
384 |
“Dörd əkizin nağılı” |
6 |
342 |
“Qızılbalıq” |
5 |
230 |
16. Bir bağdan 7 yeşik, digərindən isə 4 yeşik heyva yığdılar. Bütün yeşiklərin
kütləsi bərabərdir. Birinci bağdan yığılan heyva ikinci bağdan yığılan heyvadan
72 kq çoxdur.
- Bir yeşiyə neçə kiloqram heyva yığıldı?
- Hər bağdan neçə kiloqram heyva
yığıldı?