İki ədədin fərqini başqa bir ədədə bölmək üçün azalan və çıxılan həmin
ədədə bölünür, alınan cavablar çıxılır.
Bölünəni iki uyğun ədədin cəmi, yaxud fərqi şəklində göstərməklə qisməti
daha asan tapmaq olar.
104 : 8 = (80 + 24) : 8 = 80 : 8 + 24 : 8 = 10 + 3 = 13
171 : 9 = (180 – 9) : 9 = 180 : 9 – 9 : 9 = 20 – 1 = 19