Müstəqil iş
1. Şəkillərə əsasən bölmə əməlinə aid misallar yazın. Cavabı yoxlayın.
2. Qalıqlı bölməni yerinə yetirin. Bir neçə cavabın doğruluğunu
yoxlayın.
9 : 6
10 : 4
7 : 3
15 : 4
12 : 5
9 : 4
19 : 6
13 : 4
15 : 6
18 : 7
32 : 6
23 : 4
42 : 8
50 : 7
28 : 5
84 : 9
40 : 6
30 : 7
80 : 9
39 : 5
Bir ədədi digərinə böldükdə qalıq qalmırsa (yəni qalıq 0-dırsa), belə
bölmə tam, yaxud qalıqsız bölmədir. Bəzən bir ədədin başqasına tam
bölündüyünü bölmə əməlini yerinə yetirmədən də müəyyən etmək olar.
Ədədə bölünmə |
Bölünmə əlamətləri |
Nümunə |
Misal |
2-yə bölünmə |
Bütün cüt ədədlər
(0, 2, 4, 6 və
8-lə
qurtaran ədədlər) |
16, 54, 70, 122, 578 və s. |
16 : 2 = 8 |
3-ə bölünmə |
Rəqəmlərinin
cəmi 3-ə qalıqsız
bölünən ədədlər |
27 (2 + 7 = 9, 9 ədədi 3-ə
qalıqsız bölünür)
198 (1 + 9 + 8 = 18, 18 ədədi
3-ə qalıqsız bölünür) |
27: 3 = 9 |
5-ə bölünmə |
0 və ya 5 ilə
qurtaran ədədlər |
10, 35, 220, 335 və s. |
35 : 5 = 7 |
3. Verilən ədədlər arasından uyğun ədədləri müəyyən edin.
a) 3-ə qalıqsız bölünən:
b) 2-yə qalıqsız bölünən:
c) 5-ə qalıqsız bölünən:
22, 32, 15, 36, 48, 192, 332
18, 25, 44, 59, 220, 290, 312
35, 42, 54, 70, 115, 224
4. Bölünmə əlamətlərinə əsasən qalıqsız bölməni müəyyən edin və qisməti
tapın.
81 : 2
75 : 5
72 : 3
542 : 3
110 : 5
999 : 2
85 : 3
289 : 2
302 : 5