Elxanın səbətində 11 tennis topu
var. O, səbətdəki topları hər birində
5 top olmaqla 2 qaba yığdı.
Neçə top artıq qaldı?
Elxan hər qaba 4 top yığsa, neçə top artıq qalar?
Açar sözlər
bölünənbölən
↓↓
6 : 4 = 1 (q 2)
↑↑
qismətqalıq
Öyrənmə
Bəzən əşyaları verilən sayda qruplara bərabər
olmaqla ən çox sayda payladıqda bir neçə
əşya artıq qala bilər. Məsələn, 13 keksi hər
qaba 3 keks qoymaqla ən çoxu 4 boşqaba
paylamaq olar və 1 keks artıq qalar.
Beləliklə, 13 ədədini 3 ədədinə böldükdə qismətdə 4, qalıqda isə 1 alınır.
Qalıq qısa olaraq “q” kimi yazılır. Bunu bölmə əməli ilə belə yazmaq olar: