Lalə və Anar kvadratların sayını
tapmaq üçün eyni misalı
müxtəlif üsullarla həll etdilər.
Sizcə, onlar misalı necə həll etdilər?
Öyrənmə
Bir ədədi başqa bir ədədə alt-alta vurarkən uyğun mərtəbədəki rəqəmlər
bir-birinin altında sütun şəklində yazılır. Sonra vurmanın yerdəyişmə xassəsinə
görə ikinci ədədin rəqəmləri təkliklərdən başlamaqla birinci ədədin
rəqəmlərinə vurulur. Məsələn: 32 · 4 = ?
Addım 1. Birrəqəmli ədəd təkliklərə vurulur. Hasil 10-dan
kiçikdirsə, nəticə təkliklər mərtəbəsində yazılır.
Addım 2. Birrəqəmli ədəd onluqlara vurulur və hasil
təkliklərin solundan yazılır.
32 · 4 = 128
Birinci vuruğu açıq şəkildə yazıb 32 · 4 = 128 bərabərliyinin doğruluğunu
vurmanın paylama xassəsindən istifadə etməklə necə yoxlamaq olar?
Bələdçi
• NÜMUNƏ •
Hasili tapın. Vurmanın paylama xassəsindən istifadə
etməklə cavabın doğruluğunu yoxlayın.