- Vurmanın qruplaşdırma xassəsi. Üç və daha çox ədədin hasilini
tapdıqda yanaşı vuruqları onların hasili ilə əvəz etmək olar.
4 · 2 · 3 = (4 · 2) · 3 = 8 · 3 = 24
4 · 2 · 3 = 4 · (2 · 3) = 4 · 6 = 24
(4 · 2) · 3 = 4 · (2 · 3)
- Ədədi 10-un misllərinə (10, 20,
30 və s.) vurduqda ədədi
onluqların sayına vurub sağına
bir sıfır əlavə etmək lazımdır.
3 · 20 = 3 · (2 · 10) = (3 · 2) · 10 =60
3 · 2 onl. = 6 onl. = 60
2. Vuruqlardan birini iki uyğun ədədin cəmi, yaxud fərqi şəkildə yazın.
Vurmanın toplamaya görə paylama xassəsindən istifadə etməklə hasili tapın.
3 · 13
5 · 15
7 · 14
16 · 8
2 · 19
6 · 14
9 · 18
12 · 8
3. Vurmanın qruplaşdırma xassəsindən istifadə etməklə hasili tapın.
2 · 2 · 8
6 · 4 · 2
3 · 2 · 7
4 · 3 · 3
9 · 4 · 2
5 · 2 · 8
7 · 2 · 2
4. Hasili tapın.
2 · 40
3 · 200
30 · 9
200 · 4
300 · 3
2 · 70
6 · 20
40 · 8
5. Uyğun riyazi ifadələri yazın və qiymətini hesablayın.
a) 5 və 8-in cəminin 3 ilə hasili
b) 2, 6 və 10 ədədlərinin hasili
c) 10 ilə 9 və 4-ün fərqinin hasili
d) 9, 3 və 2 ədədlərinin hasili