Prizmanın iki oturacağı var və onlar eyni çoxbucaqlıdır. Prizmalar da oturacağındakı fiqurdan asılı olaraq adlandırılır.
Üçbucaqlı prizma
Dördbucaqlı prizma
Beşbucaqlı prizma
Oturacaqları
üçbucaqdır.
Oturacaqları
dördbucaqlıdır.
Oturacaqları
beşbucaqlıdır.
Yadda saxla
Kuboid bütün üzləri düzbucaqlı olan prizmadır. Belə prizma düzbucaqlı paralelepiped də adlanır.
2.
Prizma formasında olan əşyaları müəyyən edin. Onların oturacaqlarının hansı müstəvi fiqura bənzədiyini söyləyin.
3.
Səhv fikirləri müəyyən edin və onları düzəldin.
Dördbucaqlı piramidanın 5 təpəsi var.
Üçbucaqlı prizmanın yan üzləri üçbucaqdır.
Bütün piramidaların 5 üzü var.
Məsələ həlli
4.
Samirin 32 stikeri və şəkildəki fiqurları var. O bu fiqurların hər üzünə 2 stiker yapışdırdı. Samirin neçə stikeri qaldı?
5.
Verilmiş fiqurlardan istifadə etməklə çərçivədəki fiqura bənzər fiquru necə düzəltmək olar?