Ləvazimat: kağız, qayçı, xətkeş və karandaş. İşin gedişi:
Açar sözlər
simmetriya
simmetriya oxu
Kağızı ortadan iki yerə qatlayın.
Qatlanmış yerdən şəkildəki kimi parçalar çəkin.
Kağızı çəkdiyiniz parçalar üzrə kəsin və alınmış
fiquru açın.
Bu üsulla kağızdan daha hansı fiqurlar kəsmək olar?
Öyrənmə
Bəzi fiqurları müəyyən düz xətt üzrə qatladıqda onun hissələri tam olaraq
üst-üstə düşür. Belə fiqurlar xəttə nəzərən simmetrik fiqurlar, xətt isə
simmetriya oxu adlanır.
Simmetrik fiqurlar
Elə fiqurlar var ki, onlar simmetrik deyil.
Bələdçi
Simmetrik şəkilləri və onların simmetriya oxlarını müəyyən edin.
• NÜMUNƏ •
Simmetrikdir.
Müstəqil iş
1. Fiqurları dəftərə çəkin və simmetriya oxuna görə tamamlayın.