TƏKRAR ÜÇÜN TAPŞIRIQLAR
1. Qanunauyğunluğu müəyyən edin və boş yerlərə uyğun ədədləri tapın.
a) 495, 496, 497, ____ , ____ , ____ , ____ , ____ , ____
b) 450, 460, 470, ____ , ____ , ____ , ____ , ____ , ____
c) 500, 550, 600, ____ , ____ , ____ , ____ , ____ , ____
d) 200, 300, 400, ____ , ____ , ____ , ____ , ____ , ____
2. Ədədləri sıralayın. Ən kiçik və ən böyük ədədləri müəyyənləşdirin.
3. Ədəd oxu üzərində hərflərə uyğun ədədləri tapın.
4. Boş xanalara uyğun ədədləri müəyyən edin.
a)
325 = yüzl. + onl. + təkl.
b) 500 = yüzl.
c) 100 = təkl..
d) 100 = onl.
5. Yüzlük, onluq və təkliklərinə ayrılmış ədədləri rəqəm və
sözlərlə yazın.
a) 2 yüzl. 4 onl. 3 təkl.
b) 4 yüzl. 1 onl. 5 təkl.
c) 3 yüzl. 2 təkl.
6. Misalların cavabını əvvəl təkliklərlə, sonra isə onluq və təkliklərlə
ifadə edin.
Nümunə: 27 təkl. + 8 təkl. = 35 təkl. = 3 onl. 5 təkl.
13 təkl. + 4 təkl.
17 təkl. + 12 təkl.
33 təkl. + 27 təkl.
46 təkl. + 9 təkl.
47 təkl. + 15 təkl.
85 təkl. + 7 təkl.
26 təkl. + 46 təkl.
39 təkl. + 28 təkl.
7. Lalənin velosipedinin kilidinin şifri üçrəqəmli ədəddir.
Bu ədədin rəqəmlərinin cəmi 2-yə bərabərdir.
Yüzlüklərin sayı onluqlardan 1 vahid çoxdur.
Kilidin şifri hansı ədəddir?
8. Anar fikrində bir üçrəqəmli ədəd tutdu. Bu ədəddə 4 yüzlük var.
Onluqların sayı
yüzlüklərin sayından 2 dəfə çoxdur. Təkliklərin sayı isə onluqların sayından 8 vahid
azdır. Anar fikrində hansı ədədi tutmuşdu?