Mərtəbə – ədədin yazılışında rəqəmin yeri,
mövqeyi (təkliklər, onluqlar, yüzlüklər və s.).
Yüzlüklər
mərtəbəsi
|
Onluqlar
mərtəbəsi |
Təkliklər
mərtəbəsi |
Mərtəbə cədvəli – ədədin mərtəbə
tərkibini əks etdirən cədvəl. 1-ci sətirdə
mərtəbələr, 2-ci sətirdə isə uyğun mərtəbə
vahidlərinin sayı yazılır.
Mərtəbə qiyməti – rəqəmin yerləşdiyi
mərtəbəyə uyğun olaraq aldığı qiymət.
Məsələn, 627 ədədində 2 rəqəmi onluqlar
mərtəbəsində yerləşdiyi üçün mərtəbə
qiyməti 20-dir: 2 · 10 = 20.
6 · 100 = 600
|
2 · 10 = 20
|
7 · 1 = 7
|
Mərtəbə vahidi – hər mərtəbənin vahidi.
Məsələn, yüzlüklər mərtəbəsinin vahidi
100-dür. Hər mərtəbənin vahidi sağdakı
mərtəbənin vahidindən 10 dəfə çox,
soldakından isə 10 dəfə azdır.
1 yüzlük = 10 onluq = 100 təklik
Mərtəbə vahidlərinin sayı – ədədi təşkil
edən hər bir rəqəm yerləşdiyi mərtəbədəki
vahidlərin sayını göstərir.
246 = 2 yüzl. 4 onl. 6 təkl.
Riyazi ifadə – ədədi, yaxud hərfi ifadə.
20 + 8 · 4
5 · b – 6
Tənlik – məchulu olan bərabərlik.
x + 9 = 20
8 – y = 2
6 + n = 14
Tənliyi həll etmək – dəyişənin
elə qiymətini tapmaq
deməkdir ki, onu tənlikdə
yerinə yazdıqda bərabərlik
doğru alınsın.
x + 5 = 12
x = 12 – 5
12 = 12
Təqribi bərabərlik (≈) – təqribi qiyməti
göstərir. Məsələn, 78 ədədini onluqlara qədər
yuvarlaqlaşdırdıqda 80 alınır. Bunu belə
yazmaq olar: 78 » 80.
Təqribi qiymət – dəqiq olmayan və ya təxmini
hesablama nəticəsində alınan qiymət. Şəkildəki
qırmızı zolağın uzunluğu təqribi olaraq 6 sm-dir.
Yeni yüzlüyün yaranması – 10 onluğu 1 yüzlük
kimi qruplaşdırıb yüzlüklərin sayını bir vahid
artırmaq.
Yuvarlaqlaşdırma – ölçmələri və ya
hesablamaları asanlaşdırmaq üçün bir ədədi
ona yaxın olan başqa ədədlə əvəz etmək.
Yüzlüyün ayrılanması 1 yüzlüyü ayırıb 10
onluq kimi onluqlara əlavə etmək.