SÖZLÜK
Abak – saymaq
və hesablamalar
aparmaq üçün
alət. Hər mildəki
aşıqlar uyğun
mərtəbə
vahidlərinin sayını
göstərir.
Balans üsulu – bərabərliyin hər iki tərəfinə
eyni ədədi əlavə etdikdə, yaxud çıxdıqda
bərabərlik pozulmur. Tənlikdə bərabərliyin
hər iki tərəfinə eyni ədədi əlavə edib
çıxmaqla məchulu tapmaq olar.
x + 5 = 12
x + 5 – 5 = 12 – 5
x = 12 – 5
x = 7
Dəqiq qiymət – dəqiq ölçmə, yaxud dəqiq
hesablama nəticəsində alınan qiymət.
Şəkildəki mavi zolağın uzunluğu 6 sm-dir.
Bu onun uzunluğunun dəqiq qiymətidir.
Dəyişən – riyazi ifadədə ədədi əvəz edən
hərf və ya simvol. Dəyişən müxtəlif
qiymətlər ala bilər. Dəyişən, adətən, a, b, c,
m, n, k, x, y və s. kimi hərflərlə işarə edilir.
Ədədin açıq yazılış forması – ədədin mərtəbə
qiymətlərinin cəmi şəklində yazılışı.
627 600 + 20 + 7
Ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırma –
ədədin təklikləri və onluqları sıfır olan ən
yaxın ədədlə əvəz edilməsi.
418 ≈ 400
463 ≈ 500
Ədədi onluqlara qədər yuvarlaqlaşdırmaq –
ədədin təklikləri sıfır olan ən yaxın ədədlə
əvəz edilməsi.
463 ≈ 460
466 ≈ 470
Əməllər ardıcıllığı – riyazi ifadələrin qiymətini
tapmaq üçün əməllərin yerinə yetirilmə sırası.
1) Mötərizə
daxilindəki
əməllər
2) Vurma
və ya bölmə
3)Toplama
və ya çıxma
Hərfi ifadə – hərf və ya dəyişən daxil olan
riyazi ifadə. a + 6 m : 4 x · 5 y – 9
Hərfi ifadələrdə hərfin müxtəlif qiymətlərində
ifadə də müxtəlif qiymətlər alır.
Məchul – qiymətini tapmaq lazım olan dəyişən
və ya simvol.
Məsələn, x + 9 = 20 8 – y = 2 6 + n = 14
bərabərliklərində x, y, n dəyişənləri məchuldur.