7. Boş xanalara uyğun ədədləri müəyyən edin.
8. Hesablayın və “*” yerinə müqayisə işarələrindən uyğun olanı müəyyən edin.
800 – 347 * 238 + 529
307 – 235 * 10 · 8 + 3
106 + 56 : (32 – 25) * 114
332 – 36 : 6 * 119 + 231
(16 – 8) · 7 * 105 – 49
502 – 374 * 90 : (7 + 3) + 116
9. “Ədəd tərəzisi”nin gözləri bərabərləşib. Eyni rəngli dairələrdə eyni ədədlər
olmalıdır. “?” işarəsinin yerinə uyğun ədədləri tapın.
10. Məchulu tapın.
40 : = 5
· 9 = 63
· 6 = 42
· 5 = 5
: 10 = 10
· 7 = 49
11. a = 9, a = 15, a = 21 olduqda 140 – a : 3 ifadəsinin qiymətini tapın.
12. Tənlikləri həll edin və cavabın doğruluğunu yoxlayın.
x – 8 = 100
26 + y = 129
70 – b = 34
a + 38 = 142
k – 31 = 83
13. Samir, Aynur və Anarın hər birinin 10 rəngli kağızı var.
Onlar müxtəlif oriqamilər hazırladılar və buna 18 kağız
işlətdilər. Uşaqlar qalan kağızları aralarında bərabər
böldülər. Hər uşağa neçə kağız düşdü?
14. Mağazada bir qutu şokoladın qiyməti 4 manatdır. Alıcı n qutu şokolad alarsa,
neçə manat pul ödəməlidir? Uyğun hərfi ifadə yazın və n = 2, n = 3, n = 4 olduqda
alıcının neçə manat pul ödəyəcəyini tapın.
15. Səbinə ona hədiyyə edilmiş kitabın müəyyən hissəsini oxuduqdan
sonra 18 səhifə qaldığını gördü. Kitab 96 səhifədirsə, Səbinə kitabın
neçə səhifəsini oxumuşdu?
Tənlik yazmaqla məsələni həll edin.