ÜMUMİLəşDİRİCİ
TAPşIRIQLAR
1. Hesablayın.
3 · 8 : 4 – 4
48 : 6 · (6 + 2)
0 · (7 – 3) + 5
16 – 8 : 8 + 3
7 + 3 · 5 – 4
2. Uyğun ifadələri yazın və hesablayın.
a) 10 və 14-ün cəmi bölünsün 3
b) 7-nin 9 misli ilə 8-in 6 mislinin cəmi
3. Dəyişənin verilmiş qiymətləri üçün ifadənin qiymətini tapın.
4. Uyğun ifadələri yazın. a = 4, b = 2, c = 11 olduqda bu ifadələrin qiymətini tapın.
- a-nın 7 mislinin 43 ilə cəmi
- b və 6-nın cəmi bölünsün 2
- c ilə 3-ün fərqi bölünsün 4
5. İfadəyə uyğun məsələ qurun və həll edin.
a) 3 + 4 · 7
b) (4 + 5) : 3
c) 4 · 9 – 10
6. Tənlikləri həll edin və cavabın doğruluğunu yoxlayın.
k + 25 = 50
7 + m = 21
x – 56 = 90
y + 38 = 138
25 – b = 25
a – 37 = 101
7. Bambuk dünyada ən tez boy atan bitkilərdən biridir. Bəzi bambuk
növləri 1 saat ərzində 3 sm böyüyür. Hündürlüyü 50 sm olan belə
bambukun n saatdan sonra hündürlüyü neçə santimetr olar?
-
Məsələnin həllinə uyğun ifadəni seçin:
50 + 3 · n
50 – 3 · n
- 8 saatdan sonra bu bambukun hündürlüyü neçə santimetr olar?
8. Bankada bir neçə kürəcik var. Samir bankaya 28 kürəcik qoyduqdan
sonra kürəciklərin ümumi sayı 55 oldu. Əvvəlcə bankada neçə kürəcik
var idi?
Tənlik qurmaqla məsələni həll edin.