5. Tənlikləri həll edin və cavabın doğruluğunu yoxlayın.
y + 25 = 94
a – 12 = 20
37 + x = 57
45 – n = 15
15 + b = 28
m – 33 = 70
- Tənlikdə bərabərliyin hər iki tərəfinə eyni ədədi əlavə etmək
və ya çıxmaq olar. Bu zaman bərabərlik pozulmur və cavab dəyişmir.
Məsələn, x + 3 = 5 tənliyində məchulun üzərinə əlavə olunan ədədi
bərabərliyin hər iki tərəfindən çıxmaqla məchulu tapmaq olar.
6. Bərabərliyin hər iki tərəfindən eyni ədədi çıxmaqla tənlikləri həll edin.
Cavabın doğruluğunu yoxlayın.
x + 5 = 15
10 + y = 20
m + 3 = 14
a + 18 = 38
4 + n = 20
b + 17 = 31
Məsələ həlli
7. Anarın 25 stikeri var idi. O, Laləyə bir neçəsini bağışladıqdan sonra özündə
17 stiker qaldı. Anar Laləyə neçə stiker bağışladı?
Məsələyə uyğun tənliyi seçin və həll edin.
x – 25 = 7
25 – x = 17
x – 17 = 25
Tənlik qurmaqla məsələləri həll edin.
8. Lalə fikrində bir ədəd tutdu. Bu ədədə 15 əlavə etdikdə 27 alınar.
Lalə fikrində hansı ədədi tutmuşdu?
9. Qarpızın kütləsi neçə kiloqramdır?
10. Qabdakı suyun 6 l olması üçün
nə qədər su tökmək lazımdır?
5-ci bölmə • Riyazi ifadələr. Tənlik