Marketdən
məktəbə qədər
məsafəni a ilə işarə
edib uyğun bərabərlik
yazaram.
Samir evdən çıxıb marketə
getdi. O, məktəbə çatmaq
üçün daha neçə metr
getməlidir?
Açar sözlər
bərabərlik
məchul
tənlik
Samir verilən bərabərliklərdən hansını yazsa, məsələnin şərtinə uyğun olar?
a – 70 = 9070 + a = 90
a-nın hansı qiymətində həmin bərabərlik doğru alınar? Bunu necə tapmaq olar?
Öyrənmə
Məsələləri həll etmək üçün çox vaxt tənliklərdən istifadə olunur. Məsələn:
Tərəzinin gözləri bərabərləşib. Un kisəsinin
kütləsi neçə kiloqramdır?
Un kisəsinin kütləsi məlum olmadığı üçün onu
x ilə işarə edib belə bir bərabərlik yazmaq
olar:
x + 1 = 3
Burada x – məchul, yazılan
bərabərlik isə tənlikdir. Beləliklə, məchulu olan bərabərlik
tənlik adlanır. Məchulu, adətən, kiçik latın hərfləri ilə işarə edirlər.
Məsələn: x (iks), y (iqrek), n (en), m (em) və s.