ƏDƏDLƏR
(1000-ə qədər)
-
Hər qabda üzərində 0-dan 9-a qədər
rəqəmlərdən biri yazılmış on kürəcik var.
Oyunçular düyməni basdıqda hər qabdan
yalnız bir kürəcik düşür. Düymələri
istənilən ardıcıllıqla basmaq olar.
Alınan üçrəqəmli ədəd kimdə
böyükdürsə, o qalib gəlir.
Hazırıqmı?
- Samir sonuncu düyməni basdıqda
onda hansı ədədlər alına bilər?
- Sonuncu kürəcik çıxandan sonra
Lalədə hansı ədədlər alına bilər?
- Lalədə hansı kürəcik çıxsa, o, Samirə
mütləq qalib gələcək?
- Hansı kürəciklər çıxsa, heç-heçə olar?