Müstəqil iş
1.
Vuruqların yerini dəyişməklə hasili tapın. Vurma əməlinin bir neçəsini ədəd oxunda təsvir edin.
2 · 8
3 · 8
4 · 8
5 · 8
7 · 8
8 · 9
8 · 10
2.
Təsvirlərə əsasən vuruqlardan birini verilmiş hissələrə ayırmaqla hasili tapın.
7 · 8
9 · 8
Ədədi 9-a vurmaq 9-u həmin ədəd dəfə təkrar toplamaq deməkdir.
4 · 9 = 9 + 9 + 9 + 9 = 36
4
9 · 9
10 · 9
Ədədi 10-a vurmaq 10-u həmin ədəd dəfə təkrar toplamaq deməkdir.
7 · 10 = 10 + 10 + 10 + 10 + 10 + 10 + 10 = 70
7
Ədədi 10-a vurduqda alınan hasillə həmin ədəd arasında hansı qanunauyğunluq var?
1
· 10 =
1
0
2
· 10 =
2
0
3
· 10 =
3
0
4
· 10 =
4
0
5
· 10 =
5
0
6
· 10 =
6
0
7
· 10 =
7
0
8
· 10 =
8
0
9
· 10 =
9
0
10
· 10 =
10
0
3.
Vuruqların yerini dəyişməklə hasili tapın.
9 · 2
9 · 3
9 · 4
9 · 5
9 · 6
9 · 7
9 · 8
10 · 2
10 · 6
10 · 7
10 · 8
4.
Uyğun misallar yazmaqla suallara cavab verin.
Hər birində 8 şokolad olan 9 qutuda cəmi neçə şokolad olar?
Bir vərəqdə 9 stiker olarsa, 6 belə vərəqdə cəmi neçə stiker olar?
Hər qabda 10 yumurta varsa, 9 qabda cəmi neçə yumurta var?
Məsələ həlli
5.
Samirin hər birində 8 karandaş olan 3 qutu rəngli karandaşı var. O, 6 karandaşı qardaşına verdi. Samirin neçə karandaşı qaldı?
6.
Satıcı 5 ədəd 10 litrlik və 6 ədəd 8 litrlik bidonlarla süd satdı. Satıcı bir gündə neçə litr süd satdı?